Keçid linkləri

2024, 12 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 17:10

Ərəb ölkələri Suriyada qan tökülməsini dayandırmağa çağırıblar


Ərəb ölkələri əməkdaşlıq şurasının 6 üzvü Suriya hakimiyyətini zorakılıq və qan tökülməsini təcili dayandırmağa çağırıblar.

Təkcə son gün ərzində Suriyanın müxtəlif şəhərlərində azı 22 adam öldürülüb.

Ordu yeridilmiş Hama şəhərilə ətraf mühit arasında əlaqə tamamilə kəsilib.

Həmçinin ABŞ, Böyük Britaniya və Fransa liderləri prezident Bashar Assadı ittiham ediblər.

BMT-nin təhlükəsizlik şurası da bundan əvvəl Suriya hakimiyyətinin hərəkətini kəskin ittiham edən bəyanat qəbul edib.

Cümə günü Küveyt, Qahirə və Tunistə Suriya xalqına həmrəylik aksiyaları keçirilib.
XS
SM
MD
LG