Asiya İnkişaf Bankı müxtəlif layihələrin maliyyələşdirilməsi üçün 2011-2013-cü illərdə Azərbaycana 945 milyon dollar kredit, 2 milyon dollar da qrant ayıracaq.
Bankın internet səhifəsindəki biznes plana əsasən, vəsaitin 340 milyon dolları bu il, 355 milyon dolları 2012-ci, 250 milyon dolları isə 2013-cü il üçün nəzərdə tutulub.
Ayrılacaq vəsait ilk növbədə infrastrukturun inkişafına yönəldiləcək. 300 milyon dollar Bakının şəhər nəqliyyatının inkişafına sərf ediləcək. İstixana qazlarının tullantılarının nəticələrinin azaldılması, su təchizatı və kanalizasiya xidmətləri də prioritet sahələrdəndir.
Azərbaycan 1999-cu ildən Asiya İnkişaf Bankının üzvdür.
Bu bank indiyə qədər Azərbaycana 680 milyon dollar kredit verib.