Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:29

Təhlükəsiz Şurasında Suriya müzakirəsi nəticəsiz bitib


BMT-nin Təhlükəsizlik Şurası bağlı qapı arxasında Suriya hakimiyyətinin etirazçılara qarşı zorakı davranışını müzakirə edib. Diplomatlar deyiblər ki, avqustun 2-dəki müzakirələr zamanı hər hansı razılıq əldə olunmayıb.

Rusiyanın BMT-dəki təmsilçisi Vitaly Churkin jurnalistlərə deyib ki, Təhlükəsizlik Şurasının 15 üzvü öz hökumətləri müzakirə apara bilərlər və bu gün yenidən müzakirələrə davam edə bilərlər.

Churkin deyib ki, Moskvanın dəstəkləyə biləcəyi "tələb olunan balans" hələ layihədə öz əksini tapmayıb.

- Təhlükəsizlik Şurasının üzvləri ilə bizim baxışlarımız ayrıdı. Bu müzakirələrin kursunda tələb olunan balans yoxdur. İstərdik ki, Təhlükəsizlik Şurası Suriyadakı böhranın pisləşməsinə mane olan rol oynamağa çalışsın. Hazırkı forma və mətndə isə bu, yoxdur.

Diplomatlar deyirlər ki, Prezident Bəşər Əl-Əsədi etirazları zorakı yolla yatırdığına görə ittiham edən qərarla bağlı fikir ayrılığı var.

Britaniya, Fransa, Almaniya, Portuqaliya və ABŞ Suriyaya qarşı sərt mövqenin tərəfdarıdır. Veto qoymaq hüququ olan Rusiya və Çin isə belə bir mövqeni dəstəkləməyə həvəsli görünmür. Amma Rusiyanın xarici işlər naziri Sergey Lavrov avqustun 2-də Moskvada bildirib ki, zorakılığı pisləyən qərara qarşı deyillər, sadəcə, sanksiyalardan və digər təzyiqlərlə bağlı qərarın tərəfdarı deyillər.
XS
SM
MD
LG