Keçid linkləri

Təcili xəbərlər
2021, 04 Mart, Cümə axşamı, Bakı vaxtı 01:14

Sakinlər Bakı-Şamaxı yolunu bağlayıblar


Arxiv foto
Avqustun 2-də Abşeron rayonunun Təzəkənd kəndinin bir qrup sakini Bakı-Şamaxı yolunu bağlayıblar. Onlar illərdir kəndə su verilməməsinə etiraz ediblər.

Kənd sakinlərindən biri Nəcəfov Seymur AzadlıqRadiosuna bildirib ki, 3-4 ildir kənd sakinləri susuzluqdan əziyyət çəkir: «Ramazan ayıdır, susuzluqdan bilmirik, nə edək. Toy olur, yas olur, kənd susuzdur. Buna görə də su tələbi ilə yolu bağlamışıq».

Təzəkənd kəndi Bakıdan 35 km aralıda, Bakı-Şamaxı yolunun kənarında yerləşir.
XS
SM
MD
LG