Keçid linkləri

2025, 10 İyul, Cümə axşamı, Bakı vaxtı 11:02

Senat ABŞ-ın daxili borc limitini artırma layihəsinə baxacaq


14.3 trilyon dollarlıq borclanma limiti 2.4 trilyon artırılacaq
14.3 trilyon dollarlıq borclanma limiti 2.4 trilyon artırılacaq
Avqustun 2-də Senatda ABŞ-ın daxili borc limitinin artırılması layihəsinə baxılacaq.

Dünən Konqresin Nümayəndələr Palatası layihəni qəbul edib. Layihəni respublikaçıların əksəriyyəti dəstəkləyib, demokratların səsi isə iki hissəyə bölünüb: 95-i lehinə, eyni qədər də əleyhinə çıxıb.

Qanun layihəsinə əsasən, 14.3 trilyon dollarlıq borclanma limiti 2.4 trilyon artırılacaq. Əvəzində isə hökumət yaxın 10 ildə büdcə xərclərini azaldacaq.

MÖVZU İLƏ ƏLAQƏDAR OXU

Amerika defolt elan edəcəkmi?
XS
SM
MD
LG