Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 23:04

Amerika defolt elan edəcəkmi?


Barak Obamanın mətbuat konfransı
Barak Obamanın mətbuat konfransı
Ağ evdə dövlət borcu limitinin qaldırılmasıyla bağlı qızğın müzakirələr gedir.

Respublikaçılarla demokratlar məsələ ətrafında kompramisə gəlməyə çalışırlar.

Senatda çoxluq təşkil edən demokratların lideri Harri Rid ( Harry Reid) tərəflərin mövqeinin yaxınlaşdığını və konqresmenlərə vaxt vermək üçün məsələylə bağlı səsvermənin təxirə salındığını deyir.

Həmçinin respublikaçıların Nümayəndələr Palatasındakı lideri Con Beyner (John Boehner) tərəflərin tezliklə razılığa gələcəklərinə ümidlə yanaşdığını bildirib.

Hazırda ABŞ-ın federal borc limiti 14.3 trilyon dollardır.

***

ABŞ-ın Maliyyə Nazirliyi və Ağ Evə görə, əgər respublikaçılar və demokratlar avqustun 2-nə qədər öz aralarındakı fikir ayrılığına son qoymasalar, nə baş verəcəyi məlumdur.

ABŞ dünyada az ölkələrdəndir ki, orda «borc limitinin» mümkünlüyündən danışılır. Yəni Konqres vaxtaşırı hökumətə xərcləri ödəmək üçün daha çox pul xərcləməyə icazə verir.

İndiyə qədər bu, adi, zəruri bir proses olub. Qanunvericilər son əlli ildə 80 dəfə «borc limitini» ehtiyaclara uyğun tənzimləyiblər. Bunun 7-si sabiq prezident George W. Bushun dövründə baş verib.

Amma borc limitində yüksək həddi artırmağa qarşı çıxan resublikaçıların davranışı Konqresi çıxılmaz vəziyyətə salıb.

OBAMA: «HÖKUMƏT TƏQAÜDLƏRİ ÖDƏMƏYƏ BİLƏR»

İyulun 25-də prezident Barak Obama televiziya çıxışında xəbərdarlıq edib ki, ABŞ hökumətinin istədiyi limiti əldə edə bilməməsi xalqa zərbə vura bilər. O, respublikaçıların büdcə ixtisarlarını sərt mövqe ilə dəstəkləməsindən təəssüflənir və defolt təhlükəsindən danışır:

«Əgər bu baş versə, biz hesablarımızı ödəməyə kifayət qədər vəsait tapmaqdan məhrum ola bilərik. Bu hesablara sosial təminat kartları, veteranların təqaüdləri, hökumətin minlərlə imzaladığı biznes müqavilələri daxildir. İlk dəfədir ki, bizim kredit reytinqimiz aşağı düşə bilər».

«AZ QAZANIRSAN, AZ XƏRCLƏ»

John Boehner
Nümayəndələr Palatasının rəhbəri, respublikaçı John Boehner isə hesab edir ki, Obamanın rəhbərlik etdiyi demokratlar dövlətə zərər vurublar. Onun sözlərinə görə, problemin həlli var: «Qazandığından çox xərcləyib borca düşməkdənsə, az xərclə».

İqtisadçılar razılaşırlar ki, Vaşinqton avqustun 3-ü səhərini defolt qərarı ilə açsa, nəticələr həqiqətən dramatik ola bilər. Obama administrasiyasının sosial təminat, tibbi sığorta kimi layihələri uğursuzluğa düçar ola bilər.

DÜNYA İQTİSADİYYATI ÜÇÜN CİDDİ HADİSƏ

Beynəlxalq Valyuta Fondu Christine Lagarde hesab edir ki, ABŞ-ın defolt elan etməsi təkcə bu ölkənin iqtisadiyyatı üçün yox, qlobal iqtisadiyyat üçün çox ciddi hadisə ola bilər.

Əgər Konqres razılığa gələ bilməsə, Obama birtərəfli addım atmaq məcburiyyətində qalacaq.

Keçmiş prezident Bill Clinton ötən həftə bildirib ki, o, Konstitusiyaya 14-cü düzəlişə müvafiq borc limitini artırardı. "Qoy, məni məhkəmə dayandırsın" - deyə keçmiş prezident bildirmişdi.

Yüz il əvvəlki düzəlişə görə, ABŞ-ın ictimai borcları ilə bağlı qanunvericilik gərək suallarla üzləşməsin. Amma mütəxəssislər arasında fikir ayrılığı var ki, indiki böhranda bu düzəlişə müraciət edilə bilərmi?

Hələlik Ağ Ev prezidentin Konqresin razılığı olmadan məsələni təkbaşına həll etməsi variantını istisna edirlər. Çünki belədə ölkədə həm də Konstitusiya böhranı yarana bilər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG