Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 13:09

3 kamikadze Əfqanıstanda qonaq evinə hücum edib


3 kamikadze Əfqanıstanın Qunduz şəhərindəki qonaq evinə hücum edərək, 4 təhlükəsizlik xidməti əməkdaşını öldürüb.

Qunduz polisi bildirib ki, kamikadzelərdən biri partlayıcını qonaq evinin qapıları önündə işə salıb. Binanın içinə daxil olan digər ikisi ilə təhlükəsizlik qüvvələri arasında isə iki saata yaxın atışma olub, daha sonra özlərinə bağladıqları partlayıcıları işə salıblar. Hadisə zamanı dinc sakinlər və polis daxil olmaqla 10 nəfər yaralanıb. Yaralıların arasında əcnəbilərin olub-olmadığı hələlik məlum deyil. Polisin sözlərinə görə, qonaq evində Almaniyanın humanitar yardım təşkilatının işçiləri qalırmış.

Hücuma görə məsuliyyəti Taliban üzərinə götürüb.

Son aylar Əfqanıstanın şimalında talibanın təşkil etdiyi hücum və partlayışların sayı artıb. Əvvəllər bu bölgə ölkənin cənub və şərqi ilə müqayisədə daha təhlükəsiz hesab olunurdu.
XS
SM
MD
LG