GÖYGÖLƏ GETMƏK 5 İLDİR YASAQ EDİLİB…
Göygölün gözəlliklərini görmək hər azərbaycanlının haqqı deyil. Bunu Azərbaycanın ən səfalı yerlərindən olan Göygöl ərazisindəki keçid məntəqəsində insanlara başa salmağa çalışırlar. Azərbaycan vətəndaşının ölkə içində hərəkət azadlığı Göygölə gedən yolda qurulmuş postlarda bitir. Burdan ayrı qanunlar başlayır, bir növ dövlət içində dövlətin yazılmamış qanunları…
Yaşıl yamaclı əzəmətli Kəpəz dağlarına gedən bu yol boyunca evinin qabağında təndirdə çörək bişirən qadınları görmək olar. Bu tərəflərin sakinləri istirahətə gedən yolçulara təndir çörəyindən başqa qarpız, pendir və ət satmaq üçün kiçik budkalar qurublar. Yolboyu ətirli çiçəklərin, kəklikotunun qoxusu adamı valeh edir…
TƏKƏRLİ, QIRMIZI DƏMİR ŞLAQBAUM
Bu gözəlliklərdən zövq ala-ala Hacıkənddən üzü Toğanaya gedəndə, bu kəndə 2 kilometr qalmış təkərli qırmızı dəmir şlaqbaumla rastlaşırıq. Burada gözətçilik edən əli dəftərli əsgər özünü təqdim edir, sürücünün şəxsiyyət vəsiqəsinə və maşının sənədlərinə baxıb qeydlər aparır. Əslində, burada sadəcə şlaqbaum qurulmuşdu. «Kalaşnikov» avtomatı ilə silahlanmış üç-dörd əsgərin dayandığı yerdə heç «Nəzarət məntəqəsi» yazılmış lövhə belə yox idi.
GÖYGÖLƏ 5 KİLOMETR QALMIŞ 2-Cİ QADAĞA POSTU
Düzü bilirdik ki, Göygölə keçməyə qadağa qoyulub. Yenə cəhd etdik. Göygölə 5 kilometr qalanda, 2-ci qadağa postu ilə rastlaşdıq. Buradan o tərəfə keçmək qadağan edilib. Birinci postdan fərqli olaraq burada əsgərlərin dayanması üçün xüsusi kabinə və «Komendant postu» yazılı lövhə də var idi. Əsgərlər posta yaxınlaşan maşınların qeydiyyatını aparırdı. Yolboyu rastımıza çıxan sakinlərdən eşitmişdik ki, «day-dayısı olanlara» və ya vəzifəlilərə Göygölə keçməmək qadağası şamil olunmur. Kənarda durub 1 saatadək postu müşahidə etdik. Həqiqətən də xeyli sorğu sualdan, uzun-uzadı sürən telefon danışıqlarından sonra bəzi maşınların keçməsinə icazə verilirdi. Əsgərlər bu ayrı-seçkiliklə bağlı sualımıza cavab vermədi.
ƏSGƏR ETİRAFLARI…
Amma bizə başa saldılar ki, onlara ciddi tapşırıq verilib. Kimsə bu postdan o tərəfə razılıqsız keçsə, əsgərlər cəzalandırılacaqlar. Əsgərlər etiraf etdilər ki, onlara hətta tanıdıqları kənd sakinlərini belə posta yaxınlaşanda, qeydə almaq göstərişi verilib.
5 İLLİK HƏSRƏTİ…
Əhalinin üzünə Göygölün qapıları artıq 5 ildir ki, bağlanıb. Milli park statusu verilməmişdən əvvəl Göygöl Dövlət Qoruğunun rəisi işləmiş Bilal Vəliyev bu ərazidə milli park salınacağı və əsaslı təmir-tikinti işlərinin başlanacağı barədə məlumat vermişdi. Həmin vaxtdan indiyədək bu ərazidə hansı işlərin aparıldığı və nə üçün girişin qadağan edilməsi barədə ictimaiyyət məlumatlandırılmır.
Göygölə ən yaxın kənd olan Toğanada qarşımıza çıxan ilk sakin Samir Bayramov jurnalist olduğumuzu bilən kimi başlayır giley güzara. Deyir ki, Göygöldə prezident iqamətgahında aparılan tikinti işləri onu evindən didərgin salıb. Deməsinə görə, həmin ərazi üçün çəkilən yüksək gərginlik xətlərinin əsas hissəsi onun evinin üstü ilə aparılıb. Amma ona nə yeni torpaq yeri, nə ev, nə də kompensasiya verilir:
«NƏ KOMPENSASİYA ÖDƏYİRLƏR, NƏ DƏ BİR ŞEY»
- «Prorab»a narazılığımı dedim. Deyir icra hakimiyyəti də bilir, torpaq şöbəsi də, icazə alıb çəkirik.
- İşığı hara üçün çəkirlər?
- Göygöl üçün. 15 gün olar çəkiblər. Göygölə çəkiblər, prezidentin «daça»sına. Təhlükəlidir, 35 minlik kabeldir. Tələbim odur ki, mənə elektrik məftili olmayan yerdə ev verilsin. Gərginlik xətti altda mən yaşaya bilmərəm.
Göygölə qoyulan qadağa dolanışığını istirahətə gələn qonaqların alış-verişindən çıxaran qonşu kəndlərin sakinlərini şikayətçi salır. Dolanışıqlarının çətinləşdiyindən danışırlar:
«CAMAAT İSTİDƏN QIRILIR»
«İnək sağırıq, qoyun quzu saxlayırıq. Evimizi kirayə veririk. Qışda çətin olur. Yayda bir-iki ay iş olur. Əvvəllər camaat çox gəlirdi. İndi az gəlir. Çayın başından da şlaqbaum qoyub, camaatı buraxmırlar. İstirahətə gedə bilmirlər. Gəncədən, arandan, Bakıdan buraxmırlar, küsüb gedirlər. Kürəkçayına (Toğananın qurtaracağındakı çaydır - G.R) icazə verməlidirlər heç olmasa. Onsuz da Göygölə qoymurlar. Camaat istidən qırılır».
63 yaşlı Xanımnaz:
«Əvvəllər gedib gəlirdik. İndi də tikili var deyə, buraxmırlar. Deyirlər tikinti gedir, bilmirik nə tikintidir. Bizim kəndin camaatı da işləyir orada».
«OT YIĞMAĞA, BULAQDAN SU GƏTİRMƏYƏ İCAZƏ VERMİRLƏR»
Söhbətləşdiyim əksər sakinlər hərbiçi postlarından narazı danışdılar. Demələrinə görə, nəinki Göygölə keçməyə icazə vermirlər, həm də kəndlinin gününü qara ediblər.
Toğana kənd sakini Yolçu Qarayev deyir ki, hərbiçilər ətrafdan ot yığmağa, bulaqdan su gətirməyə icazə vermirlər. Buranı da rüşvət yuvasına çeviriblər. Deməsinə görə, mal qarasını Göygöl ətrafındakı yaylaqlara keçirmək üçün çobanlar 20-30 qoyun-quzudan keçməli olurlar:
«BİRİNİN QOYUNUNU TUTUR, BİRİNİN OTUNU, BİRİNİN MALINI»
- Şlaqbaum altında yaşayırıq. Bilmirik hara köçək, hara gedək, dərdimizi kimə deyək. Ota getmək olmaz, oduna getmək olmaz, suya getmək olmaz. Ota gedirik. Qabağımızı kəsirlər - kimin otudur, hara aparırsan, niyə aparırsan? Kənd nəylə dolanar bəs? Bir kömür odun aparırsan qoymur ki, geri qayıt olmaz. Belə şey olar?
- Qaz, işıq varmı?
- Yox, qaz yoxdur. Onsuz qara günlüyük, bizə dolanışıq lazımdır. İcra başçısı yuxarılara yazdı ki, belə şey olmaz, hərbiçilər camaata imkan vermir. Birinin qoyununu tutur, birinin otunu, birinin malını... Neçə dəfə mal-qaramız yoxa çıxıb. «Kim aparıb» - soruşuruq, deyirlər hərbiçilər. Bu dəqiqə gedək dağlara, 300-dən çox sürü var. Niyə çobanın qarşısını kəsir? Hər sürüdən 30 quzu alır. Açıq aşkara bazardır.
Toğanaya istirahətə gəlmiş ətraf rayonların sakinlərinin də narazılığı var. Göygöllə yanaşı, Toğananın qurtaracağındakı Kürəkçay ətrafına belə keçməyə qadağa qoyulub:
- «Pensiyamı yığıb bura gəlirəm. Göygölə gedə bilmərik ay bacı, 5 dənə post qurublar. Qoymurlar. Uşaqlar ağlayır evdə ki, bizi aparın Göygölə».
«MİRCƏFƏR BAĞIROVUN EVİNİ UÇURDUB YERİNDƏ BAŞQASINI TİKİRLƏR»
- «Orda tikinti gedir, ona görə də icazə vermirlər. Bəlkə, sonra qoyacaqlar keçməyə? Restoran-mehmanxana kimi tikilir. Görməmişəm, eşitmişəm. Buranın uşaqları gedib işləyirlər. Təsvir edirlər ki, qonaq evləri tikilir. Tərifləyirlər ki, yaxşı tikilir. Mən oranı cavan vaxtı görmüşəm. Orada Mircəfər Bağırovun evi olub, onu uçurdub yerində başqasını tikirlər. Evin quruluşu çox gözəl idi».
MARALGÖLƏ ÇIXAN KİMİ
- «Bir bina idi, pilləkənlə çıxırdın. Maralgölə çıxan kimi. Gedib yeyib içirdik, gəlirdik. İndi həsrət qalmışıq. O, dəyərli bina idi. Ondan başqa Toğananın başı gözəldir, istirahətə getmək olar, buraxmırlar. Məcburuq gedib kababçıya pul verək. Əzgilli kəndinə belə qoymurlar, Göygöl kənarda qalsın. Deyir ki, buraxılış olmalıdır. İstəyəndə də vermir. Öz adamlarına verir. Dostu, tanışı, imkanlı adamlar. Gəncədən gəlirik, bir qarpız, pendir alıb gəlirik. Amma oturmağa yer yoxdur. Deyirlər dur, bura mənim yerimdir. Gərək 20 manat verək, qarpızı orda yeyək. Hər yer tutulub yolboyu, bir yerdə dayanmaq olmur».
«PREZİDENT TEZ-TEZ VERTOLYOTLA GƏLİB...»
Göygöldə gedən tikintidə fəhlə işləmiş Yolçu Qarayev gördüklərindən danışır. Deyir ki, ölkə prezidenti tez-tez vertolyotla gəlib, tikinti ilə bağlı göstərişlər verir:
270-dən çox qoyun, quzu saxladığını deyən çoban da bizlə söhbətə qoşulur. Danışır ki, yay fəsli başlayandan 4 dəfə sürüsünü postlardan Göygöl ətrafındakı yaylağa keçirib. Deməsinə görə, postlarda duran hərbçilərin bu «yaxşılığı» ona 17 quzuya başa gəlib. 36 yaşlı çoban adını deməyə və mikrofona danışmağa çəkinir. Deyir ki, dolanışığım üçün hərbçilərə yenə işim düşəcəyindən ehtiyatlanıram. Amma danışır ki, ərazinin görünməyən hissələrinə kameralar və siqnalizasiyalar yerləşdirilib.
Əzəmətli Kəpəz dağının üzbəüzündə yaşayan sakinlərin şikayəti də bitmirdi:
- «İlham Əliyev gəlir Göygölə, tez şlaqbaumu sürüyüb gizlədirlər. Qanuni postdursa, niyə gizləyirsən? Gedən kimi yenə salırlar».
QORXU...
Bizə keçməyə icazə verilməyən postdan sonra daha 3 post qurulub. Əsgərlər isə meşənin içində patrul xidməti çəkirlər. Sakinlərin deməsinə görə, piyada yolu ilə Toğanadan Göygölə getmək üçün 4 kiçik dağ aşmaq lazımdır. Gəl ki, heç buna da icazə yoxdur...
Boz at minmiş 21 yaşlı Surxay uşaqlığını indi qadağan olunmuş Kəpəz dağlarının qoynunda keçirib. Deməsinə görə, at belində dağ çiçəkləri yığıb satırmış. İndi qorxur ki, bir daha Kəpəz dağlarında at çapmaq ona qismət olmaya bilər...
Lənkəran: Attestasiyadan narazı olan və olmayan mollalar...

Mehriban Əliyeva və İlham Əliyev Göygöldə
«7 bina tikirlər, elə bil ki, Kəpəzi bu tərəfdə yaradıblar. İçinə girəndə, mən sevinirəm. 4 qarovulçu var, o da özlərindəndir. Bakıdan gəlib. Qoruyurlar oranı ki, heç piyada da gəlmək olmaz. Böyük hovuz tikiblər, bulaq çəkib gətiriblər. Buz kimi... Maralgölün sinəsindən bulaq axırdı, ordan çəkiblər. İlham Əliyevin özü gəldi...».270-dən çox qoyun, quzu saxladığını deyən çoban da bizlə söhbətə qoşulur. Danışır ki, yay fəsli başlayandan 4 dəfə sürüsünü postlardan Göygöl ətrafındakı yaylağa keçirib. Deməsinə görə, postlarda duran hərbçilərin bu «yaxşılığı» ona 17 quzuya başa gəlib. 36 yaşlı çoban adını deməyə və mikrofona danışmağa çəkinir. Deyir ki, dolanışığım üçün hərbçilərə yenə işim düşəcəyindən ehtiyatlanıram. Amma danışır ki, ərazinin görünməyən hissələrinə kameralar və siqnalizasiyalar yerləşdirilib.
Əzəmətli Kəpəz dağının üzbəüzündə yaşayan sakinlərin şikayəti də bitmirdi:
- «İlham Əliyev gəlir Göygölə, tez şlaqbaumu sürüyüb gizlədirlər. Qanuni postdursa, niyə gizləyirsən? Gedən kimi yenə salırlar».
QORXU...
Bizə keçməyə icazə verilməyən postdan sonra daha 3 post qurulub. Əsgərlər isə meşənin içində patrul xidməti çəkirlər. Sakinlərin deməsinə görə, piyada yolu ilə Toğanadan Göygölə getmək üçün 4 kiçik dağ aşmaq lazımdır. Gəl ki, heç buna da icazə yoxdur...
Boz at minmiş 21 yaşlı Surxay uşaqlığını indi qadağan olunmuş Kəpəz dağlarının qoynunda keçirib. Deməsinə görə, at belində dağ çiçəkləri yığıb satırmış. İndi qorxur ki, bir daha Kəpəz dağlarında at çapmaq ona qismət olmaya bilər...
«AZADLIQ BÖLGƏLƏRDƏ» RUBRİKASINDA NÖVBƏTİ GÜNLƏRDƏ OXUYA BİLƏRSİNİZ