Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 16:01

ABŞ-da defolt təhlükəsi aradan qalxır


Barak Obama
Barak Obama
ABŞ prezidenti Barack Obama bildirir ki, Konqresdəki rəqib respublikaçılar və demokratlar ABŞ-ı gözləyən texniki defoltun qarşısını almaq üçün razılığa gəliblər:

- Hələlik Konqresin çox vacib olan səsverməsi qarşıdadır. Amma indidən elan edə bilərəm ki, hər iki tərəfdən nümayəndələr büdcə kəsirinin azaldılması və bizim iqtisadiyyata dağıdıcı təsiri ola biləcək mümkün defoltun qarşısının alınmasında razılığa gəliblər.

ABŞ prezidenti bu açıqlamanı ölkəsində bazar günü gecə verib. Həmin vaxt artıq Asiya bazarları açılırdı və prezidentin həmin çıxışı ilə Yaponiya bazarlarında qiymətlər 1.8 faiz qalxıb. Dolların da qiyməti yüksəlib.

Amma səsvermə ən tezi bazar ertəsi axşam saatlarında keçirilə bilər. Sənəd Nümayəndələr Palatasında və Senatda təsdiq olunmalıdır. Razılaşma növbəti 10 il ərzində büdcə xərclərinin 2.5 trilyon dollar azaldılmasını nəzərdə tutur. Avqustun 2-ə qədər bu razılaşma əldə edilməsə idi, ABŞ texniki defoltla üzləşib hökumət öz ödənişlərini yerinə yetirə bilməyəcəkdi.


MÖVZU İLƏ ƏLAQƏDAR OXU

Amerika defolt elan edəcəkmi?

Sabit Bağırov: «ABŞ-da defolt olsa, Azərbaycan itirəcək»

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG