Keçid linkləri

2026, 20 May, çərşənbə, Bakı vaxtı 07:56

Azərbaycanın xaricdəki hərbi attaşelərinin toplantısı keçiriləcək

Azərbaycanın xaricdəki hərbi attaşelərinin toplantısı keçiriləcək.

Bu barədə «APA»ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Avqustun 3-dən 5-dək Bakıda keçiriləcək toplantıda Azərbaycan Silahlı Qüvvələrin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda akkreditə olunmuş hərbi attaşe və hərbi nümayəndələri iştirak edəcək.

Qeyd edək ki, hərbi attaşelərin toplantısı ildə bir dəfə keçirilir.
This item is part of
XS
SM
MD
LG