Keçid linkləri

2026, 22 Aprel, çərşənbə, Bakı vaxtı 18:19

Əfqanıstanın cənubunda azı 11 adam öldürülüb

Əfqanıstanın cənubundakı Laşkar Qah şəhərində törədilmiş partlayış nəticəsində azı 11 adam ölüb, 12 nəfərsə yaralanıb.

Ölənlərdən 10-u polis, 1-i isə uşaqdır.

İntiharçı özünü şəhər polis idarəsinin qapısı ağzında partladıb.

Bu şəhər Helmand əyalətinin paytaxtıdır.

Hücuma görə cavabdehliyi Taliban üzərinə götürüb.

Ayın əvvəllərində şəhərə nəzarət büynəlxalq koalisiyadan yerli təhlükəsizlik qüvvələrinə keçib.

2014-cü ilədək bütün ölkə yerli qüvvələrin nəzarətinə keçməlidir.
This item is part of
XS
SM
MD
LG