Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Noyabr, şənbə, Bakı vaxtı 19:21

Fabrikdə baş vermiş yanğında 13 adam ölüb


Vyetnamın Hayfon şəhərindəki ayaqqabı fabrikində baş vermiş yanğında 13 adam ölüb, 25 nəfərsə müxtəlif dərəcəli xəsarət alıb.

Bu barədə Associated Press agentliyi Vyetnam mətbuatına istinadla xəbər verir.

Yanğın cümə günü fabrikin damında aparılan qaynaq işləri zamanı baş verib.

Polis müəssisənin sahibləri olan ər-arvadı həbs edib.

Həmçinin qaynaq işləri aparan fəhlələr istintaqa cəlb olunub.
XS
SM
MD
LG