Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:38

Kosovodakı NATO qüvvələri yerli serblərin qurduğu barrikadalardan çəkilib


NATO qüvvələri Kosovonun şimalında yerli serblərin qurduğu barrikadalardan çəkiliblər.

Alyansın nümayəndəsi bildirir ki, hərbçilər qan tökülməsindən qaçmaq üçün yolu açmağa cəhd göstərməyiblər.

Belqrad sülhməramlı qüvvələrin addımını alqışlayıb.

Hazırda Serbiya ilə Kosovo arasındakı iki sərhəd məntəqəsinə NATO qüvvələri nəzarət edir.

Kosovo polisi Serbiyadan mal gətirilməsinin qarşısını almaq üçün bu həftə həmin məntəqələri zəbt etmişdilər.

Buna səbəb isə Serbiyanın bundan əvvəl müstəqilliyini tanımadığı Kosovo mallarına qadağa qoyması olub.
XS
SM
MD
LG