Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:15

Hamının tərbiyəsiz adlandırdığı qızlar...


Arxiv foto
Arxiv foto

«Saçını uzadan insan olmaz, olsa da o şəxsdə vicdan olmaz».

«14-24»-ün «Bulistan»lı qonağı Natiqin cəmiyyətdəki stereotiplərə ironiyasıdır bu.

«Bulistan» İstanbulda təhsil alan, yaşayan 6 azərbaycanlı gəncin öz video-roliklərinə verdikləri addır. Qısa müddətdə gənclər arasında populyarlaşan «Bulistan» qrupu satirik video çıxışlar hazırlayırlar.

BİZ «BULİSTAN»DA YAŞAYIRIQ

«Bulistan»lı oğlanlardan Orxan «14-24»-ə deyir ki, onlar heç bir missiyanı öz üzərlərinə götürməyiblər:

«Bulistan İstanbulun tərsidir. Yaşadığımız yerdir Bulistan. 6 nəfərik. 7-ciyə hələlik ehtiyac yoxdur. Harda olmağımızdan asılı olmayaraq Bulistanda yaşayırıq. Biz yığışanda insanlara sosial mesaj vermək, bir qrup gənci dəyişmək, onlara effekt vermək kimi heç bir məqsədimiz olmayıb».

Natiq:

«Birinci videoda uşaqlar dedi bir bu suallara baxın, baxdıq, çəkdik. Heç Bulistan adını da bilmirdik. Qrupu atmosfer yaratdı».

«Bulistan» öz video çıxışlarında mentaliteti, cəmiyyətdəki tabuları «atəşə tuturlar». «Qız uşağı saat 9-dan sonra evdən çıxmaz», «qız nədir, internet nədir» və s. atmacalarını isə Natiq belə izah edir:

Orxan
HAMININ TƏRBİYƏSİZ ADLANDIRDIĞI QIZLAR...

«Mentalitetin hədəfi daha çox qadınlardır. Kişilərin hərəkətlərinin məhdudlaşdırılması da müəyyən mənada ordan başlayır».

Orxan:

«Mənim Bakıda ən çox istədiyim qızlar cəmiyyət tərəfindən tərbiyəsiz adlandırılan qızlardır».

Natiq:

«O qızlar da hansısa stereotipləri qırıblar ki, onları sevmirlər».

«15 GÜN MAKARON YEYİB, SU İÇİRDİK»

«Bulistan»lı gəncləri qınayanlar da yox deyil. Orxan deyir ki, onları xaricdən maliyyələşməkdə günahlandıranlar var.

Natiq
Orxan:

«Deyirlər, qərbdən maliyyələşir, ay nə bilim, Amerika, mason-zad. Mənim isə yadıma gəlir ki, biz İstanbulda hardasa 15 günə yaxın makaron yeyib, su içirdik. Bizi maliyyələşdirənləri tanımıram, mənim ssenarim var əlimdə, pul tapa bilmirik çəkməyə. Olsaydı, çox gözəl olardı, biz gəncik, gəlsinlər bizə sponsorluq eləsinlər, biz də kinolar çəkək».

- Gənclər «Səddam Hüseyn» mahnısını necə yazdılar?

- Onlar mentalitetə nə veriblər ki, ala bilmirlər?

- «Bulistan»ı izləyən valideynlər nədən narazı qalıblar?

Gənclərin müzakirəsini daha ətraflı buradan dinləyin:



--
HƏMÇİNİN OXUYUN:

Yaradıcılıq azadlığı…
Ferrari «Xəzri» modeli buraxa bilər (VİDEO)
III qrup üzrə imtahanlarda 70 faiz abituriyent kəsilib
Sumqayıtla Bakı birləşə bilər (VIDEO)
Eurovision.tv Ell və Nikki haqqında yazıb
Qarajda incəsənət...
XS
SM
MD
LG