Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:36

Tənqidçi qərəzli yazısına görə $100 min kompensasiya ödəyəcək


Kitabın müəllifi Sarah Thornton
Kitabın müəllifi Sarah Thornton
Britaniya məhkəməsi qərəzli kitab tənqidçisini cəzalandırdı.

Məhkəmə qərar qəbul edib ki, tənqidçi Lynn Barber öz məqaləsində “İncəsənət dünyasında 7 gün” kitabının müəllifi Sarah Thornton-a böhtan atıb və buna görə kitab müəllifinə 100 min dollar kompensasiya ödəməlidir.

Kitab 2008-ci ildə nəşr ediləndən sonra tənqidçi Barber “British Daily Telegraph” qəzetində çap etdirdiyi məqaləsində iddia edib ki, kitab müəllifi kitabı yazarkən ondan da müsahibə aldığını iddia etsə də, əslində o belə bir müsahibə verməyib.

Barber kifayət qədər tanınan tənqidçidir. O 2006-cı ildə Britaniyada nüfuzlu sayılan “Turner” İncəsənət Mükafatının Münsiflər Heyətinin üzvü də olub.

“British Daily Telegraph” məhkəmənin qərarı ilə razı deyil, bunu söz azadlığına zərbə adlandırır və qərardan şkayət verəcəyini bildirib.

Bu, son onilliklərdə Britaniyada kitab tənqidçisinin qərəz və böhtanda təqsirli bilindiyi ilk haldır.

Incəsənət sahəsi üzrə fəlsəfə doktoru olan Thornton deyib ki, Barber-in onun kitabı haqda tənqidi yazısı ilk cümləsindən qərəzli olub – onun şəxsiyyətini alçaltmağa yönəlib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG