«AzərTAc» Türkiyənin BOTAŞ şirkətinin məlumatına istinadən yazır ki, istifadəyə verildikdən indiyədək Ceyhan terminalından 1 milyard 238 milyon barel xam neft 1595 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
«Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri ilə həmçinin 2010-cu ilin iyulunda imzalanmış sazişə uyğun olaraq, az miqdarda Türkmənistan xam nefti də terminaldan dünya bazarlarına göndərilir. BTC kəməri ilə ildə 50 milyon ton xam neft nəql olunur».