Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:49

Terrorçu bombanın bəzi hissələrini Polşadan alıbmış


Polşa təhlükəsizlik orqanları bildiriblər ki, Norveçdə qətliam törədən terrorçu Anders Behring Breivik istifadə etdiyi bombanın bəzi kiçik komponentlərini Polşadan alıb.

Amma Polşanın Daxili Təhlükəsizlik İdarəsinin direktor müavini Pavel Bialek bu komponentlərin - süni gübrələr alışının qeyri-qanuni olmadığını, belə komponentlərin başqa Avropa ölkələrində də açıq satışda olduğunu deyib.

Breivik həmin komponentləri Polşadan on-line alıb və rəsmiləri deyir ki, onun Polşaya gəldiyini sübut edən heç bir dəlil yoxdur.
XS
SM
MD
LG