Keçid linkləri

Təcili xəbərlər
2023, 30 Mart, Cümə axşamı, Bakı vaxtı 06:27

Qaddafinin iqamətgahı bombalanıb


NATO təyyarələri şənbə günü yenidən Liviyanın paytaxtı Tripolini bombalayıblar.

Məlumatlara görə hədəflər Muammar Qaddafinin iqamətgahı və şəhərin cənub-şərqindəki hökumət binaları olub.

NATO nümayəndələrinin sözlərinə görə reyd zamanı Qaddafi ordusunun hərbi komandanlıq mərkəzi də vurulub.

Üsyançılar isə elə həmin gün Tripolinin şərqində baş vermiş silahlı toqquşmada 16 nəfər itiriblər.

Onlar bu toqquşmada Liviya təhlükəsizlik qüvvələrinin yüksək səlahiyyətli əməkdaşlarından birinin ağır yaralandığını deyirlər.
XS
SM
MD
LG