Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:22

Azərbaycan tərəfi Əfqanıstandakı cəsədlərin tapılacağına inanmır


Azərbaycan təyyarəsinin Əfqanıstanda qəzaya düşməsini araşdıran xüsusi komissiyanın rəhbəri, İlham Əmirov mətbuat konfransı keçirib.

Onun sözlərinə görə, havadan çəkilmiş şəkillərdən təyyarənin Azərbaycanın “Silk Way” şirkətinə məxsus olduğu aydın görünür, amma cəsədlərin tapılacağı inandırıcı deyil.

“ Dəflərlə Əfqanıstan hökuməti, ABŞ səfirliyi və NATO-ya müraciət edilsə də, onlar əraziyə getməyi mənasız hesab edirlər.
Əraziyə düşmək çox çətindir və istənilən an talibançılarla toqquşma ola bilər”.

İlham Əmirovun sözlərinə görə hadisə yerindən tapılmış qara qutu Beynəlxalq Mülki Aviasiya Təşkilatının Moskvadakı qərargahına göndərilib və 1 həftəyə Azərbayacan tərəfinə məlumat veriləcək.

Azərbaycanın “Silk Way” şirkətinə məxsus yük təyyarəsi iyulun 6-da Əfqanıstandakı koalisiya qüvvələrinə yük apararkən qəzaya düşüb və təyyarədə olan 9 nəfərin hamısı həlak olub.

Onlardan 5-i Azərbaycan, 4-ü isə Özbəkistan vətəndaşıdır.

Təyyarənin naməlum obyektlə toqquşduğu ehtimal olunur.

Taliban isə deyir ki, təyyarəni onlar vurub.
XS
SM
MD
LG