Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:58

Şahin Həsənli iki il azadlıqdan məhrum edildi (VİDEO)


Şahin Həsənli iki il azadlıqdan məhrum edildi
Gözlə

No media source currently available

0:00 0:01:50 0:00
Direct-ə keçid
İyulun 21-də Şəmkir rayon məhkəməsində AXCP fəalı Şahin Həsənlinin iki il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarılıb.

Məhkəmədə Şahin Həsənli deyib ki, məhkəmə istintaqı səthi aparıb. Onun sözlərinə görə, həbsindən bir neçə gün əvvəl polis onun evinə, hətta anasının evinə zəng edib tez-tez onunla maraqlanırmış. Lakin bütün bunlar barədə məhkəmə heç bir araşdırma aparmayıb.

Güllələrin cibinə polis tərəfindən qoyulmasını, heç bir günahı olmadığını deyən Şahin Həsənli həmçinin dövlət işində işləyən yaxın qohumlarının onun məhkəməsi prosesi müddətində işdən çıxarıldığını da deyib.

VƏKİL: ƏDALƏTSİZ HÖKM

Vəkil Mənsum Bayramov AzadlıqRadiosuna deyir ki, bu, ədalətsiz hökmdür və apelyasiya şikayəti veriləcək.

«ŞAHİN HƏSƏNLİNİN HƏBSİ SADƏCƏ REPRESSİYADIR»

AXCP sədri Əli Kərimli Şahin Həsənlinin həbsini siyasi sifariş və hakimiyyətin repressiya tədbiri kimi qiymətləndirib:

Əli Kərimli
«Şahin Həsənli 2 aprel mitinqi ərəfəsində, məhz mitinqin qarşısının alınması məqsədilə həbs olunub. Şəmkir rayonunda şərlənib, cibinə güllə qoyublar, məhkəmə prosesində baş verənlər də ittihamın qondarma olduğunu göstərdi. Şahin Həsənlinin həbsi sadəcə repressiyadır».

Əli Kərimli təəssüf edir ki, Azərbaycan hakimiyyəti xalqla, müxalifətlə, hətta beynəlxalq təşkilatlarla, dünya birliyi ilə konfrontasiya yolunu seçib: «Baxmayaraq ki, Avropa Birliyi parlamenti, ABŞ Dövlət Departamenti, digər nüfuzlu beynəlxalq qurumlar Azərbaycandan islahatlarla bağlı tələblər irəli sürüb. Azərbaycan hakimiyyəti heç bir təqsiri olmayan insanları həbs etməkdə, onlara qarşı repressiya tətbiq etməkdə davam edir. Bu da onu göstərir ki, bu siyasəti durdurmaq üçün ölkədə köklü dəyişikliklərə ehtiyac var».

Şahin Həsənli müxalifətin İctimai Palatasının 2 aprel aksiyasından əvvəl- martın 31-də, Şəmkirdə dostunun evində olarkən saxlanılıb. O, qanunsuz odlu silah, onun hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə maddəsi ilə ittiham olunur.

İctimai Palatanın və gənclərin mart-aprel aylarında keçirdikləri mitinqlər ərəfəsində saxlanan Cabbar Savalan da iki il yarım müddətinə azadlıqdan məhrum edilib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG