Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Dekabr, çərşənbə, Bakı vaxtı 10:36

ATU məzunların təyinatla yerlərə göndərilməsi ləğv edilib


Bu ildən Azərbaycan Tibb Universitetində (ATU) məzunların təyinatla yerlərə göndərilməsi ləğv edilib. Bunu cümə axşamı Trend-ə Səhiyyə Nazirliyindən deyiblər.

Nazirlikdən bildiriblər ki, təyinatın ləğvi tibb təhsilində rezidenturaya keçidlə əlaqədardır.

Bundan sonra rezidentura səviyyəsində hazırlıq keçmək iddiasında olmayan və rezidenturaya qəbul olmayan məzunlar baza ali tibb təhsili əsasında respublikanın müxtəlif bölgələrindəki tibb müəssisələrində həkim fəaliyyəti ilə məşğul ola bilərlər.

Tibb müəssisələrindəki vakant yerlər isə Səhiyyə Nazirliyinin mətbu orqanı olan «Tibb» qəzetində elan ediləcək.

Bu il Azərbaycanda rezidenturaya qəbul ilk dəfə keçiriləcək.
XS
SM
MD
LG