Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:30

«Binə» Ticarət Mərkəzində valyutadəyişmə məntəqəsinə basqın edən şəxs tutulub


Bu barədə «APA»ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, iyulun 14-də maska taxmış naməlum şəxs «Binə» Ticarət Mərkəzindəki valyutadəyişmə məntəqələrindən birinə basqın edib. Odlu silahla oranın işçisi Əli Əliyevi öldürüb və məntəqəyə məxsus 16 min manatı götürərək hadisə yerindən qaçıb.

Məlumata əsasən, cinayəti törətmiş Lökbatan qəsəbəsində kirayədə yaşayan Arzuman Bəşirov artıq həbs edilib. O, ilkin dindirmə zamanı törətdiyi qətli tam etiraf edib və tapançanı tanışı Zakir İbayevə verdiyini bildirib.

Xırdalan şəhərində yaşayan sonuncunun evinə baxış keçirilərkən Arzuman Bəşirovun cinayətdə istifadə etdiyi «Steçkin» markalı, darağında 17 patronu olan tapança aşkarlanıb.
XS
SM
MD
LG