Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:10

Azərbaycanla AB arasında sadələşdirilmiş viza rejimi üzrə danışıqlar başlayacaq


AB bayrağı
AB bayrağı
Azərbaycan və Avropa Birliyi arasında viza sadələşdirilməsi üzrə danışıqlar bu ilin payızında başlayacaq.

AB Şərq Tərəfdaşlığı Proqramının Mülki Cəmiyyət Forumunun Azərbaycanda milli koordinatoru Vüqar Bayramov bildirib ki, Avropa Komissiyasında viza sadələşdirilməsi üçün sənədlər artıq hazırlanmağa başlayıb.

Vüqar Bayramovun sözlərinə görə, Azərbaycan vətəndaşlarının sadələşdirilmiş viza sistemindən, hətta Avropa Birliyi ölkələrinə qısa müddətlik səfər zamanı vizasız gedib-gəlməkdən gələn il istifadə etməsi mümkündür.

Həm də İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri olan Vüqar Bayramov deyir ki, onların təşkilatı viza sadələşdirilməsi ilə bağlı layihə həyata keçiriblər və bu sahədə hökumətə bir neçə tövsiyə məktubu veriblər. O əlavə edib ki, Azərbaycan da öz növbəsində ölkəyə qısa müddətə gələn xaricilər üçün sadələşdirilmiş vizadan istifadə etməsinə şərait yarada bilər.

Vüqar Bayramov onu da əlavə edib ki, Avropa Birliyi və Azərbaycan arasında viza sadələşdirilməsi əlaqələrin genişlənməsinə fayda ola və qeyri-neft sektoruna investisiyaları cəlb edə bilər.
XS
SM
MD
LG