Keçid linkləri

2025, 09 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:09

Dəniz quldurları neft tankerini ələ keçiriblər


Somali quldurları Birləşmiş Ərəb Əmirliklərinin bayrağı altında üzən neft tankerini ələ keçiriblər. (DPA)

Bu barədə Avropa Birliyinin piratlıq əleyhinə missiyası məlumat yayıb.

“MV Jubba XX” adlanan tankerin sahibi deyir ki, quldurlar gəmini Hind okeanının şimalında  BƏƏ-dən Somalinin Berbera limanına gedən yolda ələ keçiriblər.

Gəminin 16 nəfərlik heyətinin vəziyyəti haqda məlumat yoxdur. Dəniz quldurlarının 9 nəfər olduğu barədə məlumat var.
XS
SM
MD
LG