Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:08

NATO Liviya hökumətinin ittihamını rədd edir


NATO-nun baş katibi Andres Fogh Rasmussen Liviyada keçirilən hava əməliyyatları nəticəsində 1100-dən çox adamın ölməsi, 4500 adamınsa yaralanmasıyla bağlı Liviya hökumətinin bəyanatını rədd edib.

Rasmussen bunu cümə axşamı Haaqada Niderlandın baş naziri Mark Rutteylə görüşərkən deyib.

Rasmussen bundan bir gün əvvəl Liviya üsyançılarının yaratdığı ötəri milli şuranın liderlərilə görüşüb və Qaddafi rejiminin obyektlərinə hava zərbələrinin davam etdiriləcəyini vəd edib.
XS
SM
MD
LG