Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:16

DİN Baş Mühafizə İdarəsinin rəis müavini işdən çıxarılıb


Arxiv foto
Arxiv foto
Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsində daha bir kadr dəyişikliyi olub. Bu barədə APA-ya Baş Mühafizə İdarəsindən bildirilib.

Məlumata görə, Baş Mühafizə İdarəsinin rəis müavini, polis polkovniki Yaşar Nuriyev tutduğu vəzifədən azad edilib. Onun sərəncamda olduğu bildirilir. Y. Nuriyevin səlahiyyətlərini icra etmək Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Daşqın Mehrəliyevə tapşırılıb.

Bu, general-mayor Yaşar Əliyevin Baş mühafizə İdarəsinə rəis təyin edildikdən sonra idarədə həyata keçirilən ikinci kadr dəyişikliyidir. Belə ki, bir müddət əvvəl Baş Mühafizə İdarəsinin Həyati Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə Polis Alayının komandiri, polis polkovniki Tapdıq Osmanov da tutduğu vəzifədən azad edilib.

Xaçmaz Rayon Mühafizə İdarəsinin rəisi, polis mayoru İmran Mahmudov həmin alayın komandiri vəzifəsinə təyinat alıb.

Yaşar Əliyev bir müddət əvvəl Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsindən azad edilərək Baş Mühafizə İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.
XS
SM
MD
LG