Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 05:10

Fransalı nazir: “Muammar Qaddafi hakimiyyəti tərk etməyə hazırdır”


Liviya üsyançılarının rəhbərlərinin bu gün Belçikaya səfəri gözlənir. Onların burda NATO və Avropa Birliyi rəsmiləri ilə görüşləri nəzərdə tutulub.

Bu səfər ərəfəsində Fransa xarici işlər naziri Alain Juppe elan edib ki, Liviya lideri Muammar Qaddafiyə yaxın adamlar NATO üzləri ilə əlaqə saxlayıb və onun hakimiyyətdən getməyə hazır olduğunu söyləyib.

Amma Vaşinqton bu məlumatlara hələ də şübhə ilə yanaşır. ABŞ Dövlət Departamentinin sözçüsü Victoria Nuland deyib ki, burda Qaddafi ilə danışdığını iddia edən "çox adam" var.

Fransanın gündəlik qəzeti "Le Figaro"ya müsahibəsində Liviyanın baş naziri Baghdadi al-Mahmoudi deyib ki, Tripoli danışıqlara hazırdır, amma əvvəlcə NATO hava hücumlarını dayandırmalıdır.
XS
SM
MD
LG