Keçid linkləri

2026, 11 Aprel, şənbə, Bakı vaxtı 22:22

Çexiyada səhiyyə islahatlarına kütləvi etiraz

Çexiya paytaxtı Praqada yüzlərlə insan etiraz aksiyası keçirərək hökumətin səhiyyə sistemində dəyişikliklər etmək planlarına etiraz ediblər.

Aksiya Səhiyyə Nazirliyinin binası önündə keçirilib.

Həmkarlar təşkilatları deyir ki, bu dəyişikliklər çexlərin çoxunun həyatına pis mənada təsir edəcək, o cümlədən qocaların və əlillərin.

Dəyişikliklərə görə xəstəxanaya yerləşdirilən şəxslərdən alınan gündəlik ödənişin məbləği artırılacaq, əvvəllər pulsuz verilən bir sıra dərmanlar xəstələrə pulla satılacaq.

Qlobal maliyyə böhranı bundan əvvəl Çex hökumətini dövlət büdcəsindən maliyyələşən idarələrdə maaşları azaltmağa məcbur etmişdi.
This item is part of
XS
SM
MD
LG