Keçid linkləri

Təcili xəbərlər
2023, 21 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:35

Azərbaycanın əhalisinin sayı 9.165 mln. nəfərdir


Bu ilin birinci yarısında 80.2 min, gündə təxminən 443 körpə doğulub
Azərbaycan əhalisinin sayı 2011-ci ilin əvvəlindən iyul ayının 1-ə kimi 54 min nəfər artaraq 9 milyon 165 min nəfərə çatıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, əhalinin 49.6%-ni kişilər, 50.4%-ni qadınlar təşkil edir. Əhalinin 22.3%-i 0-14 yaşda, 72%-i 15-64 yaşda, 6%-i 65 və yuxarı yaşda olanlardır.

Bu ilin birinci yarısında 80.2 min, gündə təxminən 443 körpə doğulub. Ötən ilin uyğun dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə hesabı ilə doğumun səviyyəsi 17.3-dən 17.9-dək artıb.

Yanvar-iyun aylarında Azərbaycanda 38.6 min nikah, 5.4 min boşanma qeydə alınıb. 2010-cu ilin birinci yarısına nisbətən əhalinin hər 1 000 nəfərinə hesabı ilə nikahların sayı 7.4-dən 8.6-ya, boşanmaların sayı isə 1-dən 1.2-yə qədər artıb.

Bu ilin 6 ayı ərzində yaşamaq üçün Azərbaycana 1.1 min nəfər gəlib. 0.2 min nəfər ölkədən gedib.
XS
SM
MD
LG