Keçid linkləri

Təcili xəbərlər
2023, 01 Aprel, şənbə, Bakı vaxtı 01:50

Avro-Atlantik Şura təsis olunub


«Azərbaycanın ətrafında və daxilində vəziyyət gərginləşib, ölkədə insan haqları ilə bağlı vəziyyət ağırlaşır, ölkə beynəlxalq inteqrasiyadan uzaq qalıb. Bu səbəbdən bir qrup QHT və ictimaiyyət nümayəndəsi Avro-Atlantik Şuranı təsis edib».

Bu haqda Azərbaycan-Atlantik Əməkdaşlıq Assosiasiyasının prezidenti Sülhəddin Əkbər məlumat verib.

Təşkilat komitəsi bəyan edib ki, Avro-Atlantik Şura maarifləndirmə yolu ilə xalqın içinə daxil olub, onlara demokratiyanın, Avropa Birliyinə inteqrasiyanın mahiyyətini və bunun onlara xeyrini izah edəcəklər.

Şuranın üzvləri arasında Hikmət Hacızadə, Zəfər Quliyev, Elxan Şahinoğlu, Leyla Əliyeva və başqaları var.

Gələcəkdə rayonlarda da mərkəzlərin yaradılması planlaşdırılır.
XS
SM
MD
LG