Keçid linkləri

2025, 27 Aprel, bazar, Bakı vaxtı 16:24

Volqada batmış gəminin 167 sərnişini xilas edilib


Son məlumata görə, bazar günü Volqada, Tatarıstanın Kamsko-Ustinski rayonunda gəminin batması nəticəsində 1 nəfər ölüb, 3 nəfərsə itkin düşüb.

Qalan 167 sərnişin xilas edilib.

Xilas edilənlərdən 2-si xəstəxanaya götürülüb.

Bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi xəbər verir.

Gəmi sahilin 3 kilometrliyində 20 metrlik dərinlikdə batıb.

Qəzanın səbəbini araşdırmaq üçün operativ qərərgah yaradılıb.
XS
SM
MD
LG