Keçid linkləri

2026, 25 May, bazar ertəsi, Bakı vaxtı 23:48

Balaxanıda əhali evakuasiya olunub

Bakının Balaxanı kəndindəki asfalt zavodunun yaxınlığında yerləşən yeni yaşayış massivindən keçən qaz kəmərində sızma olub. 40 metr radiusda yerləşən evlərin sakinləri təcili olaraq təxliyə edilib.

Bundan sonra partlayışın qarşısını almaq üçün əraziyə qazın verilməsi dayandırılıb və Fövqəladə Hallar Nazirliyinin, Dövlət Neft Şirkətinin əməkdaşları işə başlayıb. Qəzanın nəticələrinin aradan qaldırılması 8 saata yaxın vaxt aparıb.

Artıq asfalt zavod ərazisi tam olaraq mavi yanacaqla təmin edilib.
This item is part of
XS
SM
MD
LG