Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:10

Jurnalistləri telefon dinləməkdə ittiham edirlər


"News of the World" qəzetinin keçmiş redaktoru Andy Coulson həbs edilib.
"News of the World" qəzetinin keçmiş redaktoru Andy Coulson həbs edilib.
Britaniyada nəşr edilən "News of the World" qəzetinin keçmiş redaktoru Andy Coulson həbs edilib.

Qəzetlə bağlı qalmaqal böyüyür

"News of the World"un bir sıra əməkdaşları tanınmış sənətçilərin, siyasətçilərin, cinayət qurbanlarının, İraq və Əfqanıstanda öldürülən əsgərlərin ailələrinin telefonlarına qanunsuz qulaq asmaqda günahlandırılırlar.

Qəzetin keçmiş redaktoru həmçinin Britaniyanın indiki baş naziri David Cameron-un sabiq müşaviri olub.

Qəzetin saray xəbərləri üzrə keçmiş redaktoru da həbs olunub. Onların hər ikisini telefonların qanunsuz dinlənməsi və korrupsiyada ittiham edirlər.

Qalmaqala görə sahibi artıq "News of the World" qəzetini bağlamaq qərarı verib.

168 yaşlı Qəzetin sahibi milyarder Rupert Murdoch-un “News Corporation” media şirkətidir

Coulson 2003-2007-ci illərdə qəzetdə çalışarkən hər hansı telefon söhbətini qanunsuz dinləmədiyini iddia edir.

Hələ 2006-cı ildə qəzet rəhbərlərinə qarşı telefon dinlənməsi ilə bağlı ittiham irəli sürülmüşdü. Amma o zaman tutulanlar olmamışdı.

Coulson-un xəbəri yayılmamışdan bir neçə dəqiqə əvvəl baş nazir David Cameron 2007-ci ildə ona “ikinci şans” verib işə götürmək haqda qərarını müdafiə edib.

Həmin il baş nazirin ictimaiyyətlə əlaqələr üzrə təmsilçisi vəzifəsinə gətirilən Coulson bir müddət sonra həmin işdən getmişdi.

David Cameron onu da söz verib ki, telefonların dinlənməsi ilə bağlı istintaq şəffaf və ədalətli aparılacaq. Bundan başqa, o vəd verib ki, 2006-cı ildəki istintaqın niyə nəticəsiz qaldığı araşdırılacaq.

David Cameron
Baş nazir hesab edir ki, Britaniya mətbuatını nizamlayan qurumun -

Mətbuatdan Şikayətləri Araşdıran Komissiyanın işi iflasa uğrayıb

David Cameron göstəriş verib ki, daha bir tədqiqat qrupu yaradılaraq Britaniya mətbuatında “etika qaydaları”na yenidən baxsın:

“Bizim mətbuatın azad olması çox vacibdir. Bu bizim demokratik quruluşun, həyat prinsiplərimizin əsasını təşkil edir. Amma mətbuat azadlığı o demək deyil ki, mətbuat qanundan yüksəkdə dayana bilər.

Bəli, əvvəlki dövrlərlə müqayisədə Britaniyada jurnalistikanın səviyyəsi xeyli yüksəkdir.

Amma məncə, indi hamıya aydındır ki, mətbuatın özü-özünü nizamlama üsulu artıq işləmir”.

Müxalifət lideri – Leyboristlər Partiyasının rəhbəri Ed Miliband da medianı nizamlayan qurumu “dişsiz pudel” adlandırıb. Onun fikrincə, qurum “indiki acınacaqlı vəziyyətdən çıxarılmalıdır”.

Mətbuatdan Şikayətləri Araşdıran Komissiyanı mətbuatın özü maliyyələşdirir. Qurum mətbuat üçün “etik qaydaları” müəyyənləşdirir.
Rupert Murdoch

Mətbuatdan Şikayətləri Araşdıran Komissiya bəyanat yayaraq bildirib ki,

Telefon dinlənməsi ilə bğlı qalmaqal “ümumi hal” deyil

Qurumun işi bu gün mətbuat azadlığını təmin etməyə imkan verir. Həmin mətbuat azadlığı ki, bu gün lazımınca qiymətləndirilmir”.

Bu arada "News of the World"un kollekstivi qəzetin bu həftənin sonu çıxacaq axırıncı sayından sonra qapadılacağı haqda xəbərdən “şoka düşüb”.

"News of the World"un siyasi xəbərlər üzrə redaktoru deyib ki, qəzetin bağlanması nəticəsində “bir neçə nəfərin əməlinə görə 200 nəfər iş yerini itirəcək”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG