Keçid linkləri

2026, 16 Aprel, cümə axşamı, Bakı vaxtı 05:39

Britaniya polisi "News of the World"-un redaktorunu həbs elədi

Britaniya polisi "News of the World" Qəzetinin keçmiş redaktoru Andy Coulsonu həbs edib.

Baş nazir David Cameronun də keçmiş ictimaiyyətlə əlaqələr müdiri olan Coulsonu informasiya əldə etmək üçün telefonları dinləməkdə və polisə rüşvət verməkdə ittiham edirlər.


Baş nazir Cameron isə ittihamların tam və müstəqil araşdırılmasına çağırıb. Bildirib ki, bu hadisə Britaniya mətbuat azadlığının yetərincə yaxşı nizamlanmadığını göstərir.

Qalmaqal nəticəsində bağlanmağa məcbur olan 168 illik "News of the World" həftəliyinin son nömrəsi bu həftəsonu işıq üzü görəcək.
This item is part of
XS
SM
MD
LG