Keçid linkləri

2026, 17 Aprel, cümə, Bakı vaxtı 10:13

Magistral yolda körpü ucub

Hacıqabul-Bəhrəmtəpə yolunun 8-ci kilometrində, Kür çayı üzərindəki körpü uçub.

Bu barədə APA-nın Mil-Muğan bürosuna 34 saylı Yol İstismar İdarəsinin rəis müavini Nizami Məmmədov məlumat verib.

Onun bildirdiyinə görə, Kür çayı üzərindəki körpünün üstündəki eninə iki dəmir-beton plitələrin uçması nəticəsində yolda avtomobillərin hərəkəti hər iki istiqamətdə dayandırılıb. Uçmuş 12 kvadrat metr hissənin bərpası üçün yeni beton plitələr gətirilib. Rəis müavini hərəkətin bu gün saat 17.00-a qədər bərpa olunacağını bildirib.
This item is part of
XS
SM
MD
LG