Keçid linkləri

2026, 30 Aprel, cümə axşamı, Bakı vaxtı 10:11

ABŞ Minski siyasi məhbusları azad etməyə çağırıb

ABŞ konqresinin nümayəndələr palatası Belarusda demokratik dəyişiklik və insan haqlarının müdafiəsinə yönəlmiş qanun layihəsi qəbul edib.

Sənəd Belarus hakimiyyətini bütün siyasi məhbusları azad etməyə çağırır.

Sənəddə həmçinin ötən ilin dekabrında Belarusda keçirilmiş prezident seçkisi zamanı qanun pozuntularına yol verildiyi qeyd olunur.

Birləşmiş Ştatlar bundan əvvəl etiraz aksiyalarının dağıdılması və kütləvi həbslərə görə, Belarus rəsmilərinə qarşı sanksiyalar tətbiq edib.

Çərşənbə günü yenidən Belarus müxalifətinin keçirdiyi dinc etiraz aksiyaları zamanı yüzlərlə adam saxlanıb.
This item is part of
XS
SM
MD
LG