Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:59

Murad İbrahimbəyovun filmi Karlovı Varıda nümayiş olunur (VİDEO)





İyulun 1-də 9-a qədər Çex Respublikasının Karlovı Varı şəhərində keçirilən Beynəlxalq Film Festivalında Azərbaycandan da Murad İbrahimbəyovun “Qardaşdan yaxşısı yox imiş” filmi nümayiş olunacaq. Filmin nümayişi iyulun 7-i və 8-ə nəzərdə tutulur.

Murad İbrahimbəyov bu filmi atası, məşhur yazıçı Maqsud İbrahimbəyovun eyni adlı əsəri əsasında çəkib. Rejissoru və ssenari müəllifi də özüdür.

Əsər 1970-ci illərin Bakısında yaşayan iki fərqli temperamentli qardaşdan bəhs edir. Böyük qardaş Cəlil poçt işçisi ilə evlənib, hobbisi arı toplamaqdır. Həyatını bir düzən içində yaşamağa çalışır. Kiçik qardaş Simurq isə macəraçıdır, qardaşından fərqli olaraq təkcə arzular qurmur, həm də onların dalınca düşür.

Qonşunun gözəl qızı ortaya çıxanda onların xasiyyətləri arasında fərq daha qabarıq görünür.

Murad İbrahimbəyov filmin nümayişindən qabaq Azadlıq Radiosuna verdiyi açıqlamada deyib ki, filmin çəkilişləri əsasən Bakıda aparılıb. Pavilyon çəkilişləri isə Rusiyada olub.

Baş rollarda Sergey Puskepalis, Yevgeni Tsıqanov çəkiliblər. Filmdə azərbaycanlı aktyorlar, o cümlədən Hacı İsmayılov da rol alıb.

M.İbarahimbəyov ilk dəfədir ki, Karlovı Varı Film Festivalında iştirak edir. Filminin şansları barədə suala isə rejissor "təsəvvürüm belə yoxdur" deyə cavab verib.

"70-ci illərin Bakısı haqda yazılmış əsər əsasında çəkilən film 21-ci əsrdə avropalı tamaşaçı üçün nə dərəcədə maraqlı ola bilər" - sualının cavabında rejissor deyib ki, məsələnin bu cür qoyuluşu ilə razı deyil. "Yaxşı ədəbiyyat həmişə kino üçün yaxşıdır".

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG