Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:58

Amnesty İnternational Suriyanı beynəlxalq tribunala verməyə çağırıb


Son gün ərzində Suriyanın Hama şəhərində müxalifət tərəfdarlarıyla təhlükəsizlik qüvvələri arasında baş vermiş toqquşmalarda azı 22 nəfər ölüb, onlarla adam yaralanıb.

Bu barədə yerli hüquq müdafiəçiləri xəbər verirlər.

Suriya hərbçiləri kütləvi həbslərə başladığından xeyli yerli sakin şəhərdən qaçıb.

Ötən həftə şəhərdə prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayiş keçirilib.

Amnesty İnternational təşkilatı Suriya ordusunu hərbi cinayətkarlıqda ittiham edib və BMT-ni məsələni beynəlxalq tribunala çıxarmağa çağırıb.

Bu barədə təşkilatın yaydığı bu günkü hesabatda bildirilir.
XS
SM
MD
LG