Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:47

“Gənclər Təmizlik Naminə”


“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi 25-30 avqustda ali məktəb tələbələri üçün “Gənclər Təmizlik Naminə” adlı yay məktəbi təşkil edəcək.

Tədbirin məqsədi gənclərin diqqətinin ətraf mühitin mühafizəsinə cəlb edilməsi və ekoloji maarifləndirilməsi, tullantıların düzgün idarə edilməsi, ekologiya sahəsində bilik və dünya görüşlərini genişləndirmək və ekoloji problemlərin müzakirəsində debat metodologiyasından istifadəni öyrətməkdir.

Yay məktəbində Bakı şəhər ali məktəblərinin 14-28 yaş arası tələbələri iştirak edə bilər.

Tədris proqramının sonunda iştirakçılar arasında tullantıların idarə edilməsi və ətraf mühitin mühafizəsi mövzusunda debat yarışları keçiriləcək. Debat yarışları “Parlament Debatları” formatında keçiriləcək və yarışlarda ətraf mühitin mühafizəsi və tullantıların idarə olunması müzakirə mövzusu olacaq. İştirakçılar hədiyyə və sertifikatlarla təltif olunacaq. /resurs.az/
XS
SM
MD
LG