Keçid linkləri

2025, 20 Aprel, bazar, Bakı vaxtı 04:01

Bu il 50-dək «reket qəzet» «Azərbaycan» Nəşriyyatından çıxarılıb


Foto: Arxiv
Foto: Arxiv
Dövlət tərəfindən ildə iki dəfə yardım olunmasına baxmayaraq, hələ də bir çox qəzet «Azərbaycan» Nəşriyyatına olan borcunu ödəmir.

Bu barədə «Azərbaycan» Nəşriyyatının direktoru Ağabəy Əsgərov bildirib.

Neçə qəzetin borclu olması və borcun ümumi məbləği barədə məlumatı kommersiya sirri olmasına görə açıqlamayan A. Əsgərov deyir ki, bununla bağlı dəfələrlə qəzet redaksiyalarına müraciət olunub:

«Bilmirəm, onlar yardımı necə xərcləyirlər. Amma onların əksəriyyətinin nəşriyyata borcu hələ də qalır».

A. Əsgərov «reket qəzet»lərin nəşriyyatın binasından çıxarıldığını da bildirib. Bu il nəşriyyatdan təxminən 50-yə qədər belə qəzet çıxarılıb:

««Reket qəzet»lərin hamısı nəşriyyatda yerləşmir. Hər dəfə Mətbuat Şurasının siyahısı yeniləndikcə, siyahıya düşmüş qəzetləri nəşriyyatdan çıxarırıq». /APA/
XS
SM
MD
LG