Son iki gündə İraqda azı 8 polis və əsgər öldürülüb, daha 20-si yaralanıb. Təhlükəsizlik rəsmiləri bildirib ki, iyulun 3-ü və 4-də baş verən 9 hücumun hədəfi polis və ordu olub. Hücumlar Bağdad, Kərkük, Mosul və bir neçə şəhərdə baş verib.
İyun ayı ərzində 14 amerikalı hərbçi öldürülüb. Bu, son 3 ildə Amerika qüvvəsinin İraqda verdiyi ən böyük itkidir. ABŞ dekabr ayından bu ölkədən qüvvələrini çıxarmağa hazırlaşır.
İyun ayı ərzində 14 amerikalı hərbçi öldürülüb. Bu, son 3 ildə Amerika qüvvəsinin İraqda verdiyi ən böyük itkidir. ABŞ dekabr ayından bu ölkədən qüvvələrini çıxarmağa hazırlaşır.