Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:27

İctimai Palatanın açdığı bank hesabı bağlanıb


Arxiv foto
Arxiv foto
İctimai Palatanın aksiyalar zamanı həbs olunmuş məhbusların ailəsinə yardım məqsədilə açdığı bank hesabı bağlanıb. Bu barədə AzadlıqRadiosuna məlumat verən İctimai Palatanın İnsan Hüquqları və Azadlıqlarının Müdafiə Komitəsinin rəhbəri Vidadi Mirkamalın sözlərinə görə, iyulun 4-də hesabın açıldığı Access Bankın Binəqədi filialının rəhbərliyi onunla görüşmək istəyib: «Bizə dedilər ki, sizin açdığınız hesab nömrəsi mətbuatda yayılıb. Filial sədrinin stolunun üstündə müxalif yönlü qəzetlər var idi. Mənə dedilər ki, siz hesabı yayılıb pul toplayırsız».

Vidadi Mirkamal deyir ki, onlar mübahisə etsələr də, gətirilən arqumentlərin xeyri olmayıb və hesab bağlanıb: «Biz bu bankı siyasətdən kənar bilirdik və hesab edirdik ki, səhmdarların xarici olması bankı bu cur siyasi tərəfkeşlikdən qoruyur».

Vidadi Mirkamal hesabın bağlanması ilə bağlı məhkəməyə və bankın iri səhmdarlarına müraciət edəcəklərini deyir. Onun sözlərinə görə, açıldığı bir həftə ərzində hələlik hesaba vəsait daxil olmamışdı.

Access Bankın ictimaiyyətlə əlaqələr şöbəsindən AzadlıqRadiosuna heç bir şərh vermək istəmədilər və dedilər ki, məsələni araşdırmağa başlayıblar.
XS
SM
MD
LG