Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:42

Taylandın baş naziri seçkidə məğlubiyyətini etiraf edib


Taylandın baş naziri Absihit Veccaciva (Abhisit Vejjajiva) partiyasının parlament seçkilərində məğlubiyyətini etiraf edib.

İlkin məlumata görə, müxalifətdə olan “Taland üçün” partiyası xeyli səs çoxluğu ilə irəlidə gedir.

Bu partiyaya 2006-cı ildə hərbi çevrilişlə hakimiyyətdən uzaqlaşdırılmış keçmiş baş nazir Taksin Çinavatranın (Thaksin Shinawatra) bacısı Yinqlak Çinavatra (Yingluck Shinawatra) rəhbərlik edir.

Bu ötən il müxalifətin keçirdiyi kütləvi etiraz aksiyalarından sonra ölkədə keçirilən ilk seçkidir.

Həmin vaxt nümayişçilərlə polis arasında baş vermiş toqquşmalar 90 adamın ölümü, təxminən 2 min nəfərinsə yaralanmasıyla nəticələndi.
XS
SM
MD
LG