Keçid linkləri

2026, 02 May, şənbə, Bakı vaxtı 20:12

Katoliklərlə protestantlar toqquşub

Şənbə gününə keçən gecə Şimali İrlandiyanın paytaxtı Belfastda nümayişçilərlə toqquşmada 6 polis yaralanıb.

7 nəfərin saxlandığı xəbər verilir.

Şəhərin şərqindəki katolik rayonunda gənc protestantlarla katoliklər arasında dava düşüb.

Hərc-mərclik zamanı polis maşınları yandırılıb, polislərə fişənklər atılıb.

Polis buna cavab olaraq su şırnaqları və plastik güllələrdən istifadə edib.

Ötən həftə elə bu rayonda baş vermiş toqquşmada 3 nəfər güllə yarası alıb.

Katoliklərlə protestantlar 1998-ci ildə sülh razılaşması imzalayaraq Olsterdə ümumi hakimiyyət orqanı yaratdılar və bundan sonta zorakılıq səngidi.

Amma əyalətdə hələ də bir neçə silahlı qrup fəaliyyət göstərir.
This item is part of
XS
SM
MD
LG