Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Dekabr, çərşənbə, Bakı vaxtı 05:44

İran İraq və Əfqanıstana silah ötürürmüş


İran Əfqanıstandan və İraqdan ABŞ ordusunun çıxarılmasını tezləşdirmək üçün son aylar bu ölkələrə silah göndərib.

Bu barədə Wall Street Journal qəzeti ABŞ rəsmilərinə istinadla xəbər verir.
Yazıda İran ordusunun yaraqlılara raket qurğuları və uzaq mənzilli raketlər verdiyi bildirilir.

İraq hökumətinin məlumatına görə, təkcə iyunda törədilmiş partlayış və hücumlarda 27 adam ölüb ki, onların 155-i mülki sakinlərdir.

Bu ötən ilin sentyabrından bu yana ən pis göstəricidir.
XS
SM
MD
LG