Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

Azərbaycanda ali məktəblərə qəbul qaydaları dəyişdirilə bilər


«Bu il orta məktəbləri qızıl və gümüş medalla bitirən məzunlara ali məktəblərə qəbul imtahanlarında heç bir güzəşt olmayacaq. Çünki Azərbaycanın «Təhsil haqqında» qanunda güzəşt sözü yoxdur».

Bunu iyulun 1-də keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, medal vermə mexanizmi, Təhsil Nazirliyinin qiymətləndirmə meyarları özünü təsdiqləsə, məzunların attestatdakı qiymətləri onların real biliklərini əks etdirsə, TQDK ali məktəblərə qəbul qaydalarını dəyişdirəcək:

«Bu zaman təkcə medal alanlar yox, ümumiyyətlə, bütün abituriyentlər üçün ali məktəblərə qəbul mərhələsində orta məktəbdə əldə etdiyi nailiyyətlər hesablanacaq. Artıq bu istiqamətdə iş aparırıq». /APA/
XS
SM
MD
LG