Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:53

Əhalini yoxsullaşdıran dövlət proqramı, «Eurovision»un keçiriləcəyi yer və...


Mətbuat icmalı
Mətbuat icmalı
«Bizim yol» qəzeti «ƏHALİNİ YOXSULLAŞDIRAN DÖVLƏT PROQRAMI...»ından yazır. Gəliri az olan vətəndaşların vergidən azad olunacağını yazan qəzet şübhəli məqamlara toxunur:

«Yeni qaydalara əsasən, 95 manat əməkhaqqı alanın 85 manatlıq hissəsi vergidən azad olacaq. Amma maaş 96 manatı keçərsə, artıq vergi ödənilməlidir».

«Yeni Azərbaycan» qəzetindəki «UĞURLU SOSİAL-İQTİSADİ SİYASƏT RİFAH VƏ TƏRƏQQİ YARADIR» sərlövhəli yazıda qeyd olunur ki, pensiyaların yenidən hesablanması üçün dövlət büdcəsindən hər il 400 milyon manat vəsait ayrılacaq:

«Hesablamalar islahatın 800 mindən çox vətəndaşı əhatə edəcəyini göstərir. Orta aylıq pensiya isə 150 manata yüksələcək».

«3.5 MİLYON MANATLIQ PLAGİAT». «Azadlıq» qəzeti yazır ki, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu AMEA-nın Fizika İnstitutuna birinci bəndi plagiat olan işə görə 3.5 milyon manat qrant verib.

«Bu işin plagiat olduğunu başa düşmək üçün nə fizik, nə elmlər doktoru, nə də akademik olmaq lazımdır. Orijinal elmi iş ABŞ-ın Milli Bərpa Olunan Enerji Laboratoriyasında 2004-cü ildə yerinə yetirilib» - deyə məqalədə bildirilir.

«Exo» qəzeti «EUROVISION»UN KEÇİRİLƏCƏYİ YERin təxminən müəyyən edildiyini yazır. Bakıda keçiriləcək «Eurovision-2012» mahnı müsabiqəsi üçün kompleks Bayraq Meydanı yaxınlığında, dənizin içərisində sahildən bir qədər aralıda tikiləcək. 50-60 min tutumu olacaq konsert zalı Azərbaycan bayrağına uyğun mavi, qırmızı və yaşıl rəngdə olacaq.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG