Keçid linkləri

2026, 01 May, cümə, Bakı vaxtı 16:16

Azərbaycan məktəblərində 2 minə yaxın müəllimə ehtiyac var

Azərbaycanın ümumtəhsil məktəblərində 2 minədək müəllimə ehtiyac var. Bunun 800-ə qədəri həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu yerlərdədir.

Bu barədə “Azərbaycan müəllimi” qəzetinin iyulun 1-dəki sayında dərc edilib. Qəzetdə ümumtəhsil məktəblərində vakant müəllim yerləri açıqlanıb və artıq müəllimlərdən elektron ərizələrin qəbuluna başlanılıb.

Müəllimlər üç mərhələli müsabiqədə iştirak edəcəklər. Birinci mərhələdə bilikləri qiymətləndiriləcək. İkinci mərhələdə imtahanlar keçiriləcək. Üçüncü mərhələdə isə müəllimlərlə müsahibələr aparılacaq.

Müsabiqələrin keçirilməsinə avqustun 1-dən başlanacaq.
This item is part of
XS
SM
MD
LG