Keçid linkləri

2024, 04 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 21:28

Çin bəzi avro zona ölkələrinin borclarını almağa hazırdır


Çinin baş naziri Ven Jiabao deyib ki, Pekin bəzi avro zona ölkələrinin borclarını almağa hazırdır.

Almaniya kansleri Merkellə Berlində keçirilən mətbuat konfransında Jiabao deyib ki, Çin avronu dəstəkləyir.

Merkelin Çin səfəri zamanı 15 milyard dollar qiyməti olan 20 müqavilə imzalanıb.

Çin Almaniyadan 62 dənə A320 sərnişin təyyarəsi alacaq. Bu müqavilənin qiyməti 7 milyard avrodur.
XS
SM
MD
LG