İctimai Palatanın aprelin 2-də keçirdiyi etiraz aksiyası ilə bağlı haqqında cinayət işi açılmış 14 nəfərdən 6-nın işi iyunun 28-də Səbail rayon Məhkəməsinə göndərilib.
Bu haqda AzadlıqRadiosuna Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib:
«Sahib Kərimov, Babək Həsənov, Zülfüqar Eyvazov, Elşən Həsənov, Arif Alışlı və Elnur İsrafilov barəsində cinayət işinin istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib».
Bu cinayət işi üzrə təqsirləndirilən digər 8 nəfərlə bağlı materiallar isə başqa icraata verilib. Həmin iş üzrə istintaq tədbirləri davam etdirilir.
Müdafiə tərəfi isə ittihamları saxta adlandırır. İşi məhkəməyə göndərilənlərdən biri - Elnur İsrafilovun vəkili Yalçın İmanov AzadlıqRadiosuna bildirib ki, o, cinayət işinin məhkəmə perspektivinə inanmır:
«İttihamlar saxtadır və heç bir dəlil yoxdur. Məhkəmə ədalətli olsa, onlar bəraət almalıdır».
Aprelin 2-də müxalifətin keçirdiyi etiraz aksiyası ilə əlaqədar Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb. 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib.